Qonaq Kitabı
Eşq yolunda gərəkdür himməti-ali rəfiq

Eşq yolunda gərəkdür himməti-ali rəfiq

Kim, demişlər əhli-dil əvvəl rəfiq, andin təriq.

 

Eşq bəhridür kim, anun dürri dürri-dil düzür,

Dürrətün-dürrün-əcəb, bəhreyi-bəhrün əmiq.

 

Bəzmi-ğəm içrə gözümdür camü xuni-dil şərab,

Cameyi-cami-lətifün, şərbətül-şürbün rəhiq.

 

Zikrü fikirdür yüzü ağzın xəyalı könlümin,

Zikrətül zikrün cəmilün, fikrəhü fikrün rəqiq.

 

Xətmidür ol, ya bənöfşə, ya zümürrüd, ya giyah

Ləbmidür ol, ya Bədəxşaniyi-lə’li, bilmən ya əqiq.

 

Gözlərimdin dəmbədəm axar şəfəqgun yaşlar,

Vay kim, yoxdur mana bu dəmdə bir yari-şəfiq.

 

Seyli-əşk içrə yapışdı zülfünə qul Kişvəri,

Bimi-candin yapışur qara yilan isə, ğəriq.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info