Qonaq Kitabı
Ey gözün zaği-siyahü zülfi-mişkinün duzağ

Ey gözün zaği-siyahü zülfi-mişkinün duzağ,

Danə xalın içün düşmiş duzağuna duz ağ.

 

Könlümün dağında zahirdür cəmalın gülşəni,

Bu məsəldür kim, irür divanəyə dağ üstə dağ.

 

Eşigində it kimi hər necə kim, xarəm, vəli

Kuhi-ğəm qaplanıyam uş pay ta sər dağ-dağ.

 

Xanı dövlət kim, əyağ içib əyağını öpəm,

Bir əlimdə bu əyağ, bir əlimdə ol əyağ.

 

Ləli-nuşinğə bolur yaquti-rummani əsir,

Dürri-guşunğa çəkər ləli-Bədəxşani qulaq.

 

Şahidü şəm’ü şərabi qoyma əldən, zinhar,

Bir deməkdür məndən üştə be rəsul illə bəlağ?

 

Dib imişsən Kişvəri, çeşmü çirağın kimdür?

Ey çirağü çeşmi-mən sənsən mana çeşmü çirağ.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info