Xəstə könlüm tapdı ol dildardən nömidliq
Xəstə könlüm tapdı ol dildardən nömidliq, Tapmasun hiç kimsə yarəb, yardən nömidliq.
Əşki-nömidi bilə kuyinə varğac, ah kim, Başuma yağan dərü divardən nömidliq.
Ol təbibi adəmiküş çəkdi başımdan əyağ, Guyiya fəhm etdi mən bimardən nömidliq.
Yazığam, nömid qılma, ey güli-xəndan məni, Xanda miskin bülbülü gülzardən nömidliq.
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info