Qonaq Kitabı
Xəstə könlüm tapdı ol dildardən nömidliq

Xəstə könlüm tapdı ol dildardən nömidliq,

Tapmasun hiç kimsə yarəb, yardən nömidliq.

 

Əşki-nömidi bilə kuyinə varğac, ah kim,

Başuma yağan dərü divardən nömidliq.

 

Ol təbibi adəmiküş çəkdi başımdan əyağ,

Guyiya fəhm etdi mən bimardən nömidliq.

 

Yazığam, nömid qılma, ey güli-xəndan məni,

Xanda miskin bülbülü gülzardən nömidliq.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info