Qonaq Kitabı
Səni eyşü şərabü padişalıq

Səni eyşü şərabü padişalıq,

Mənü xunabəyi-hicrü gədalıq.

 

Çü axir qılmaz oldun bəndəni şad,

Nə fayidə səninlən aşinalıq.

 

Könül sübhi visalün yadi qılmaz

Ki, qorqutmuş anı şami-cüdalıq.

 

Əcəl sənsiz diri qoydu məni, leyk

Gətürdi başıma yüz rüsivalıq.

 

Sana hərfi-vəfa ögrətmək olmaz,

Xuda verdi sana çün bivəfalıq.

 

Qılur qul Kişvəri aşiqlik, əmma

Nə aşiqlik ki, yüz tüman bəlalıq.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info