Qonaq Kitabı
Ey əhli-eşq, dərdü ğəmən eyşü şadlıq

Ey əhli-eşq, dərdü ğəmən eyşü şadlıq,

Eşqünə şadlıq, mana bəs namuradlıq.

 

Qədünə qarşu başın əgər sərvi nazikən,

Ol biədəbni gör ki, satar ustadlıq.

 

Yadımda əgərçi ki, yaduna gəlməzəm,

Vəh kim, düşübdür aramıza rəsmi-yadlıq.

 

Yox, etiqadın ol ki, mana mötəqid olam,

Yar olmasun kişika yaman etiqadlıq.

 

Boldi çü Kişvəri səri-zülfinə paybənd,

Yarəb, bu karbəstəyə sən ver güşadlıq.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info