Qonaq Kitabı
Necə, ey xodkam, hicründə mana bədnamlıq

Necə, ey xodkam, hicründə mana bədnamlıq,

Sən vəfasız dusti sevməkdə, düşmən kamlıq.

 

Gər səninçün, ey pəri, bədnam olubmən ğəm dəgül,

Aşiqəm nami-nikudən yeg mana bədnamlıq.

 

Sənsizin boldi mana kuyi-ədəm aramgah,

Necə çəksün bir kişi peyvəstə biaramlıq.

 

Zahida, mən etməgil görsən məni məstü xərab

Kim, mana sübhi-əzəldən gəldi dərd aşamlıq.

 

Cami əldən qoyma kim, məlum iməs əncami-kar,

Haliya, xoşvəqtdür məstivü biaramlıq.

 

Bitmədi baği-cahanda sən təki bir şax gül,

Sərv boylu, ğönçə ləb, bərgi-səmən əndamlıq.

 

Gəldi əyyami-şərif, ey məh, zəkati-hüsn içün,

Kişvəri xəstəyə bir busə ver bayramlıq.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info