Qonaq Kitabı
Ölməgim, ol verdi sana işvəvü əyyarəliq

Ölməgim, ol verdi sana işvəvü əyyarəliq,

Bizgə ruzi qıldı bikəslik bilə biçarəliq.

 

Sən içərsən badəvü mən həsrətindən xuni-dil,

Ta ki, sən meyxarə vardur mana xunxarəliq.

 

Bir güli-rə’na həvasində nəsib oldu mana

Ğönçə tək qan yudmaqu gül tək giriban parəliq.

 

Yar irür namehribanü bəxti-sərkeş, ey könül,

Vəh ki, düşdi başına başdan yenə avarəliq. 

 

Yarı qıldın Kişvəriyə bədgüman, ey müddən,

Ol həman yaridürür, qaldı sana yüz qarəliq.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info