Qonaq Kitabı
Nazikü şirin dodağın, ey büti-huri məniş

Nazikü şirin dodağın, ey büti-huri məniş,

Bərgi-güldür kim, tapıbdır bal içində duriş.

 

Guiya kim, su içibdir çeşmeyi-xurşiddən,

Arizin bağı ki, hiç qılməz təfavüt yazü qış.

 

Sən fəğan etküncə, ey gülçöhrə, qılğımdur fəğan,

Nalə bülbüldən gəlür, mətbux kəklikdən yeriş. 

 

Yüzünə qarşu gözüm ağlarsa, irməz bəs əcəb

Kim, bəhar olğacda gahi gündürür gahi yəğiş.

 

Şami-hicrin-sonrəsi sübhi-vüsal irür, bəli,

Hər enişə bir yoxuşdur, bir yoxuşə bir eniş.

 

Gözlərim ətrafidə kiprik iməz, bilkim, irür

Mənbəi şorabə kim, yetdi hər yandən qamış.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info