Qonaq Kitabı
Məni ol xosrovi-xuban pütg birlə yad etmiş

Məni ol xosrovi-xuban pütg birlə yad etmiş,

İnayət nameyidir kim, məni-naşadi şad etmiş.

 

Ğələt qıldım pütg irməz bu tə’vidi-məhəbbətdir

Ki, mən divanə içün ol pəri səvad etmiş.

 

Nə tə’vidi-məhəbbət kim, əzəl divanədən guya,

Səadətnamədir bu ki, ömrümni ziyad etmiş.

 

Səadətnamə demən anə, var bir ayəti-rəhmət

Ki, ruhul-qüdsi-irsali-məni-xaki nəhad etmiş.

 

Uyurkən nagəhan qıldı məni bihuş anın zövqi,

Oyanğəc cani gördüm kim, bədənğə xeyr yad etmiş.

 

Dilab həqdən muradım pabusundur sənin, əmma

Məni bu talei-sərgəştə mundaq namurad etmiş.

 

Şikəstə Kişvəri şövqi-cəmalın barğalı, cana,

Yonub kipriklərindən xamə, göz qanın mədad etmiş.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info