Qonaq Kitabı
Mənim yarim vəfasızdur, vəfasız

Mənim yarim vəfasızdur, vəfasız,

Mənim dərdim, dəvasızdur, dəvasız.

 

İrax yüzündin, ey ayinərüxsar,

Gözüm, könlüm səfasızdur, səfasız.

 

Saçınğa dedim isə nafeyi-Çin,

Pərişan bolma, bolmaz qul xətasız.

 

Gedəli sən yıxıldı könlüm evi,

Xərab olur bəli, ev kədxudasız.

 

Rəqibə Kişvəri, bolma mə’ariz,

Kim, irur hər həqiqətsiz, həyasız.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info