Qonaq Kitabı
Qulluğunda gərçi var, cana, bəsi təqsirimiz

Qulluğunda gərçi var, cana, bəsi təqsirimiz,

Yoxdurur lütfündən özgə imdi hiç tədbirimiz.

 

Vermədün can yüzünə qarşu zəhi şərməndəlik,

Ruzi qıldı bu qara yüzlük bizə təqdirimiz.

 

Müddən qıldı visalından sizi məhrum, leyk

Çıxmaya gögə məgər bu naleyi-şəbgirimiz.

 

Hər gecə duşumda görürmən pərişan zülfini,

Ey müəbbər, degil axir kim, nədür təbirimiz.

 

Biz məlamət gününün onbaşlarının itiüz,

Belə dedi ruzi-əvvəl pirimiz, təkbirimiz.

 

Yar küsdi Kişvəri, imdi fəna yolun gözət,

Kim, bəqa mülkində daxı qalmayıbdır yerimiz.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info