Qonaq Kitabı
Vay kim, mən oldum diyari-özgələr yari hənuz

Vay kim, mən oldum diyari-özgələr yari hənuz,

Məndən ol fariğ vəleykin mən giriftari hənuz.

 

Həsrətindən canə yetdim, vəh nə bədbəxt adəməm

Kim, nəsib olmaz mana hər ləhzə didari hənuz.

 

Payimal etdin cəfa yolunda xaki-cismümi,

Qopğusi hər zərrə tofrağım sənin sari hənuz.

 

Gərci var özgə havası yarun, əmma vardurur,

Can anun müştaqivü könlüm həvadari hənuz.

 

Ta pozulmaz rişteyi-can, yüzməzəm səndən ümid,

Bir kəlafə iplikü Yusif xiridari hənuz. 

 

Gecə kim, uyxuma girsən, istərəm ol uyxunu

Kim, qiyamətdə daxı olmaya bidarı hənuz.

 

Kişvəri könlinə azar etmə, degil ğəmzənə,

Düşmədən aramıza azari-bizari hənuz.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info