Qonaq Kitabı
Ey əhli-eşq, Kə”™beyi-məqsudi-zatuniz

Ey əhli-eşq, Kə’beyi-məqsudi-zatuniz

Vəsfünə acizəm, deyə bilməm sifatuniz.

 

Xürrəmdürür vücudun ilə gülşəni-həyat,

Yarəb, həmişə səbz ola baği-həyatuniz.

 

Lə’li-ləbin nəbatdürür, yarəb olamı,

Mən xəstəyə nəsib ola həbbi-nəbatuniz.

 

Mehrab hacətimdürür, ey şəhsüvari-hüsn,

Hər xanda kim, ayağ basar yerdə atuniz.

 

Hüsni cəmal içində həmin eybiniz budur,

Kim, mən-şikəstə halinə yox iltifatiniz.

 

Satın rəqib sözi bilə Kişvərini, leyk,

Bir bəndeyi-mübarək idi heçə satıniz.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info