Qonaq Kitabı
Sən içgəc badeyi-gülgun mana candan xəbər qalmaz

Sən içgəc badeyi-gülgun mana candan xəbər qalmaz,

Xumari gözlərün baxgəc həyatımdan əsər qalmaz.

 

Dodağun içrə dişüni gülər çağında gər görsə,

Xəcalətdən sədəf içində mirvaridi-tər qalmaz.

 

Yetürməz yarə gögərçin anunçün nameyi-şövqim

Ki, yanar şö’leyi-ahimdən ana balü pər qalmaz.

 

Verüb simuzər, ey münim cahanda yaxşı ad qoygil,

Mənüm nəmdür özi bilür, əgər qalur, əgər qalmaz.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info