Qonaq Kitabı
Boy çəkdi o şol sərvi-dilaray mənimçün

Boy çəkdi o şol sərvi-dilaray mənimçün,

Açdı yüzünü ol güli-rənay mənimçün,

Gör kim, nə bəla boldu sərapay mənimçün,

Mundaq ki, bəzəndi bu gün ol ay mənimçün,

Bağrım qanına qanasıyam, vay mənimçün.

 

Gərçi qılıram lalə təki dağını pünhan,

Bağrım göyarü... iki gözümdən axıdır qan,

Küldən qılıbəm cismümə puşiş məni-üryan,

Köksümğə büküb, yüzünə baxıb, çəkib əfğan,

Həsrət odunə yanəsiyəm, vay mənimçün.

 

Mürği ki, qapar qut Məsiha nəfəsindən,

Fariğdürür ol dami-təəllüq məgəsindən,

Könlüm quşu kim, uçdu səlamət qəfəsindən,

Mən bəxti qarə həlqeyi-zülfün həvəsindən,

Qəm quşlarının danəsiyəm, vay mənimçün.

 

Hicrində sənin ey gözü nərgis, dəhəni mim,

Bağlandı yüzüm üstidə, bağrım qanı nim-nim,

Necə ki, bolub, mən qəmi-hicranına təslim,

Sənsiz neçə gün kim, diri qaldım bilirəm kim,

Yüzün görüb utanəsiyəm, vay mənimçün.

 

Hər kim ki, iməs bir pərirüxsarəyə mail,

Ovqatı irur zayevü ömrü varı batil,

Can vermədim ol mahdan ayru məni-qafil,

Gər ömr budur kim, keçədür yarsız, ey dil,

Bu ömürdən usanəsiyəm, vay mənimçün.

 

Pozdu qəmi-hicran tərəbü eyş əsasın,

Şadəm məni-dərviş geyib fəqr pəlasın,

Gahi çəkərəm nazinü gəh cövri-cəfasın,

Muncə ki, çəkərmən ğəmi-ənduh bəlasın,

Bilmən muni kayanəsiyəm, vay mənimçün.

 

Ol qəddi sənubər, saçı sünbül, yüzü Leyli,

Kim, can verədürlər ana hər guşədə xeyli,

Qul Kişvərini öldürədür qaşların meyli,

Min dağı qılıb mən dilü can ana tüfeyli,

Məcnun təki divanəsiyəm, vay mənimçün.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info