Qonaq Kitabı
Bir cəfapişə məhi-afaqgərdim var mənim

Bir cəfapişə məhi-afaqgərdim var mənim

Kim, ğəmindən sağarıb rüxsari-zərdim var mənim,

Nə qərarü səbrü, nə xabu nə xordim var mənim,

Bir dəme-atəşfişanü ahi-sərdim var mənim.

Xansı birin söyləyim, ah ancə dərdim var mənim.

 

Gözlərim qanluvü bağrım dağluvü bəxtim nigun,

Asiman dunpərvərü əxtər xəsisü dəhr dun,

Yar bimehrü fələk namehriban, tale zəbun,

Nə dilü nə dinü nə daniş nə səbrü nə sükun,

Xansı birin söyləyim, ah ancə dərdim var mənim.

 

Dərdimə bir çarə tapmazmən zəhi biçarəlik,

Yardən nə yarlıq, nə özgədən qəmxarəlik,

Ustadidən irağ dutum rəhi-avarəlik,

Vermədim can yüzünü görgəc zəhi yüz qarəlik,

Xansı birin söyləyim, ah ancə dərdim var mənim.

 

Gah mənzil kuhi-qəm, gahi biyabandır mənə,

Lalə tək bağrımda yüz min daği-pünhandır mənə,

Atəşi-ahi-dilim şəm’i-şəbistandır mənə,

Bəstəri-rahət haman xari-muğilandır mənə,

Xansı birin söyləyim, ah ancə dərdim var mənim.

 

Qıldı tiği-hicr ilə mən piri-bikəsni həlak,

Əşkü ahım dutdi yeri, gögi səməkdən ta səmak,

Zari cismimdür bəlapərvərdü canım dərdinak,

Gözlərim nəmnakü dil qəmnakü bağrım çak-çak,

Xansı birin söyləyim, ah ancə dərdim var mənim.

 

Vay, yüz min vay kim, ol yar məndən ayrılır,

Gər nəfəs çəksəm dəmi-gərmimdən odlar çağılır,

Göz yummaz bolsəm cahanda seyli-əşkim yayılır,

Başıma hər yan məlamət daşı yəğmur tək gəlir,

Xansı birin söyləyim, ah ancə dərdim var mənim.

 

Titrərəm yapraq tək şol sərvi-çabükxizdən

Kim, tökər qanımnı hər dəm qəmzeyi-xunrizdən,

Kişvəridir təlxkam ol lə’li-şurəngizdən,

Nə qonar könlüm quşuvü nə uçar Təbrizdən,

Xansı birin söyləyim, ah ancə dərdim var mənim.

 

Bir xərab olmuş evim var qış günündə badgir,

Nə dərü nə bamü nə divarü nə balavü zir,

Nə tənurü nə büxari, nə hisarü nə həsir,

Sübhü şamümdür mənim “yovmən əbusən ğəmtərir”,

Xansı birin söyləyim, ah ancə dərdim var mənim.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info