Qonaq Kitabı
Vəh ki, həddən aşdı ol nazik nəhalın nazişi

Vəh ki, həddən aşdı ol nazik nəhalın nazişi,

Gərçi yeksandır mənə andan xoşivü naxoşi,

Gözlərimdən görmədim xuni-dilinun axışi,

Ol pərivəşnin mənə yoxdur inayət baxışi,

Ya mənüm şum taleimdir, ya fələknin gərdişi.

 

Ol Məsihi-ənfas heç verməzmən bimarnı,

Böyləmolur dostluq mundaq görərlər yarnı,

İstərəm yarə qılam dərdi-dilim izharını,

Vardıram kuyinəvü görmənanın ruxsarını,

Ya mənim şum taleimdir, ya fələknin gərdişi.

 

Necə təqribsiz kuyinə hər dəm varəyim

Kim, nə demiş yar yarəb, xəlq dilin arəyim,

Eşigində xar olub xəlqə necə yalvarəyim,

Kimsə deməz bu fəqiri qayğudan qurtarəyim,

Ya mənim şum taleimdir, ya fələknin gərdişi.

 

Bir gecə yox könlümün kim, naleyi-şəbgiri yox,

Gərçi ol namehribanə zərrəcə təsiri yox,

Əbri-ehsanı anun heç kimsəyə təqsiri yox,

Hər necə dedim ona, dərdi-dilim tədbiri yox,

Ya mənim şum taleimdir, ya fələknin gərdişi.

 

Xosrovi kim hökmi-fərmanında gərdun rəxşidir,

Lütfü ehsanı firavan, hüsni-xülqi yəxşidir,

Gərçi daim peşəsi xurşid tək zərbəxşidir,

Heç buyurmaz kim, bu dəxi Kişvərinin bəxşidir,

Ya mənim şum taleimdir, ya fələknin gərdişi.


 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info