Qonaq Kitabı
Vəh ki, dönsəydi mana ruzi-cavani bir dəxi

Vəh ki, dönsəydi mana ruzi-cavani bir dəxi,

Yüz vereydi Xızrə abi-zindəgani bir dəxi,

Yarlıq qılsaydı feyzi-asimani bir dəxi

Kim, göreydim şol məhi-namehribani bir dəxi.

Kövkəbi-bəxtim çıxaydı nagəhani bir dəxi.

 

Gözlərüm gər bir gecə olsaydı xabi-vəsl ilə,

Pərvəriş tapsaydı nəxli-ömrüm abi-vəsl ilə,

Könlüm olsaydı münəvvər afitabi-vəsl ilə,

Bu sarığ yüzüm qızarsaydı şərabi-vəsl ilə,

Qılsəm irdi lə’lgun bu kəhrəbanı bir dəxi.

 

Daği-eşqini qoyub mən sineyi-əfkarara,

Gənci əndaq kim, qoyarlar el pozuq divarara,

Arizin nəqşi qalubdur dideyi-xunbarara,

Olamı, ey qönçeyi-xəndan ki, bu gülzarara,

Lalə tək köynək qəbayi-ərğəvanı bir dəxi.

 

Ey cəmalın pərtövi, xurşidi-aləmtab tək,

Qəmzən oxundən axar qan xəncəri-qəssab tək,

Yaş tökərlər gözlərim hər guşədə dulab tək,

Bu ümid ilən bolubdur qamətim qüllab tək

Kim, kəmər tək qucqay ol nazik miyanı bir dəxi. 

 

Xızri-fərruxpey xanı kim bolsə irdi rəhbərim,

Məşriqi-iqbalidən bolğay tülu’i-əxtərim,

Həsrətindən necə xundil suzi çeşmi-tərim,

Giryədən kor olmasaydı görməyincə gözlərim,

Başun üzrə sayeyi-taci-Kəyanı bir dəxi.

 

Səfheyi-dövlət döşənsə yüz tuman zivər bilə,

Məclisi-işrət qurulsa lə’lgun sağər bilə,

Pərdeyi-izzət asılsə türlü simü zər bilə,

Hicleyi-həşmət həman bağlansa ziynətlər bilə,

Cilvəgər bulğay ərusi-kamiranı bir dəxi.

 

Tale’i-bərgəştə bir dəxi qılaydı sərvəri,

Kim, cila tapsaydı şol ayineyi-İskəndəri,

Şö’lə çəksəydi çirağı tudeyi-Bayənduri,

Vəh nə ləzzət tapğay ol saət qələndər Kişvəri

Kim, görünsə rayəti-Yəqubi-xanı bir dəxi.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info