Qonaq Kitabı
Vəh kim, ol ahuyi-mişkindən qalıbmən bixəbər

Vəh kim, ol ahuyi-mişkindən qalıbmən bixəbər,

Namə tək bağlandı bağrım, qəbğər oxun tez çəkər.

Firqətindən gözlərim xunabeyi-həsrət tökər,

Ləblərindən ayru hər dəm tilbə könlüm qan yudər,

Dirligim, dirlik degil, tək bir qəra gündür keçər.

 

Səbru huşum hər biri, bir yanü mən bir yan qalıb,

Surəti-divar tək öz halıma heyran qalıb,

Sakini-beytül-həzən tək gözlərim giryan qalıb,

Gözlərim giryanü dil büryanü tən üryan qalıb,

Dirligim, dirlik degil, tək bir qəra gündür keçər.

 

Səbrü aramü xirədməndən cüdadır, sənsizin,

Rüzigarım tirəvü bəxtim qəradır sənsizin;

Natəvan canımğə hər dəm yüz bəladır sənsizin,

Ol bəlalar içrə könlüm mübtəladır sənsizin,

Dirligim dirlik degil, tək bir qəra gündür keçər.

 

Ey boyun sərvü yüzün firdovsi-bağın gülbəni,

Əhsəni-təqvimdir Adəmsən adəm əhsəni,

Ruzigari-namülayim səndən ayurdu məni,

Ta kim, ayurdu məni-bixanü peymandən səni,

Dirligim dirlik degil, tək bir qəra gündür keçər.

 

Aşiqü rüsva məni-bixanü peyman yarsız,

Əşkü ahımdan irür gülbəm dərü divarsız,

Yuddugum qan, içdiyim təlxab, qəm qəmxarsız,

Qanlı çeşmim, bağlı baxtım, dağlı bağrım yarsız,

Dirligim dirlik degil, tək bir qəra gündür keçər.

 

Məskənim meyxanədir, hər dəm bolub ovbaş ilə,

Neyləyim heç kimsə yar olmaz məni-ğəllaş ilə,

Ağlamaqdan damənim doldu ləbaləb yaş ilə,

Gecə-gündüz köksümə hər yan dögərmən daş ilə,

Dirligim dirlik degil, tək bir qəra gündür keçər.

 

Vəh ki, öldürdü məni hər ləhzə-ləhzə ağlamaq,

Bolmadı mümkün mənə bu ağlamağnı saxlamaq,

Laləyanlıq dağlu bağrım parə-parə, dağ-dağ,

Sənsizin, ey arizin şəm’i məni çeşmü çirağ,

Dirligim dirlik degil, tək bir qəra gündür keçər.

 

Ey cəmalından münəvvərafitab-xavəri,

Bürci surət afitabi, dürci-mə’ni gövhəri,

Xani-mülk Sultan Mühəmməd gövhəri-Bayənduri,

Payi-busindən irağ, mən binava qul Kişvəri,

Dirligim dirlik degil, tək bir qəra gündür keçər.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info