Qonaq Kitabı
Yenə boldum məni-divanə rüsvay

Yenə boldum məni-divanə rüsvay,

Göyüb eşq atəşi birlə sərapay.

Könülni verdim ol səngin dilə, vay

Ki, heç qılmaz ğəriblər sarı pərvay,

Məni bu qayğu öldürdü, mədəd hay!

 

Müsəlmanlar, giriftarəm, nə çarə,

Bəlayi-eşqə düşdüm, varə-varə.

Gözüm giryanü bağrım parə-parə,

Yetürməz halimi heç kimsə yarə,

Məni bu qayğu öldürdü, mədəd hay!

 

Səni ta gördüm, ey şümşad qamət,

Yetən atar mana səngi-məlamət,

Qalıb ağzımda əngüşti-nədamət,

Xanı əqlü xanı səbrü səlamət?

Məni bu qayğu öldürdü, mədəd hay!

 

Məni avarə qıldı xanümandan,

Çe cayi-xanuman, canü-cahandan,

Nələr çəkdüm mən ol namehribandan,

Bir ağız sormadı mən natəvandan,

Məni bu qayğu öldürdü, mədəd hay!

 

Sənünlən istərəm bir aşinalıq

Kim, irür aşinalıq, rövşənalıq,

Vüsalındır mana yüz padişahlıq,

Nə müşkül hal irür səndən cüdalıq,

Məni bu qayğu öldürdü, mədəd hay!

 

İməsmən aşiqi-bisyari-tale’,

Bulubmən bir quru didarə qane’,

Ana daxi olurlar xəlq mane’, 

Zəhi bəxti-bədü varunə tale’,

Məni bu qayğu öldürdü, mədəd hay!

 

Necə dedim duayi-şahi-adil

Ki, ömri vafir olsun, əqli kamil,

Sənə cüz’ dərdi-dil bolmadı hasil,

Diriğa, boldo sə’yim cümlə batil,

Məni bu qayğu öldürdü, mədəd hay!

 

Qələndər Kişvəridür bir süxəndan,

Süxənguyadur üştə guyü meydan,

Anun hər beytidür bir dürri-ğəltan,

Qulağ asmaz ana Yəqubi-Sultan,

Məni bu qayğu öldürdü, mədəd hay!

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info