Qonaq Kitabı
Gözlərim yüzin görüb xurşidi-taban istəməz

Gözlərim yüzin görüb xurşidi-taban istəməz,

Bir nəfəs keçməz ki, bəzmi-vəsli-canan istəməz.

Tilbə könlüm səndən ayru səbrü saman istəməz,

Bir nəfəs keçməz ki, bəzmi-vəsli-canan istəməz,

Kimdürür aləmdə kim, ol rahəti-can istəməz.

 

Səndən ayru qalğalı boldum nədim hər nedəm,

Gözlərim qani mədadü kiprigim boldu qələm,

Həmdəmim ahü fəqanü munisim həm dərdü ğəm,

Qalmışam beytül-həzəndə, ey güli-baği-İrəm,

Gəl ki, sənsiz xatirim gəşti-gülistan istəməz.

 

Hasili-ömrümdən üştə bir nəfəs qaldıvü bəs,

Ləblərindən ver mana can, ey büti-İsanəfəs,

Səndən özgə yoxdurur imdi mana fəryadirəs,

Eşigində hər kimə oldu gədalıq dəstirəs,

Taci-Afridun bilə, təxti-Süleyman istəməz.

 

Ey Məsih-ənfasi-dilbərü ey mələksima həbib,

Kim ki, bimarundurur bilməz anın dərdin təbib,

Baği-cənnətdür cəmalın, ləblərindür əndəlib,

Cami-lə’lin cür’əsindən hər kimə boldu nəsib,

Hövzi-kövsər suyin içməz, abi-heyvan istəməz.

 

Ol büti-əbrukəman kim, oxun atar hər tərəf,

Aşiq irməz kim, anun oxuna qılmaz can hədəf,

Dalmayınca bəhrə tapmaz daneyi-gövhər sədəf,

Vasil olmaz Kə’beyi-məqsudə ömridür tələf,

Rahiro-kim zəhməti-xari-muğilan istəməz. 

 

Ey sərasər şivəvü nazü itabü dilbəri,

Adəm övladı degülsən, sən mələksən, ya pəri?

Eşqbazi müşkül işdür, dutma anı sərsəri,

Küfr istər kafərü iman müsəlman Kişvəri,

Bütpərəst köhnədür, küfr ilə iman istəməz.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info