Qonaq Kitabı
Ey bolub eşqdə divanəvü rüsvay könül

Ey bolub eşqdə divanəvü rüsvay könül,

Yüzünə çirmaşib ol zülfi-səmənsay könül,

Necə mundaq gəzəmən bisərü bipay könül,

Xabi-qəflətdin oyan, hay könül, hay könül,

Könül, ey vay könül, vay könül, ey vay könül.

 

Dər səri-zülfi-to piçide sərapayi deləm,

Xali əz sirri-ğəmət nist sovdayi-deləm,

Nist sər-həlqeyi-geysuyi-to mə’vayi deləm,

Gər to zin gune koni porseşo pərvayi deləm,

Deləm, ey vay deləm, vay deləm, ey vay deləm*.

 

Necə ey tilbə könül bisərü saman bolasan,

Dəmbədəm ləblərini yad eyləyib qan bolasan,

Muyi-julide vu lağər-təni-üryan bolasan,

Şəhrdən qaçubəni quli-biyaban bolasan,

Könül, ey vay könül, vay könül, ey vay könül.

 

Sədrəh əz hecre-toəm soxt sipehri-zərraq,

Bər nəyayəd ze məne-suxtedel-buye-həraq,

Arizuməndəmo, oftadetəno del moştaq,

Əgər inəst ğəme-hicro qəribiyyo fəraq,

Deləm, ey vay deləm, va deləm, ey vay deləm*.

 

Ləblərin şövqidən ey lə’li-ləbin can parəsi,

Könül od etmədürür lə’li-Bədəxşan parəsi,

Köksüm içrə asılıb adı könül qan parəsi,

Könül ad etmə ki, bir suxte büryan parəsi,

Könül, ey vay könül, vay könül, ey vay könül.

 

Ta codayəm ze to, ey sərve-qədd-qolruxsar,

Darəm əndər cegər pare şode xara-xar,

Ruzo şəb bər səre an ku məne bisəbro qərar,

Sine mikubəmo mikeoyəmo miquyəm zar,

Deləm, ey vay deləm, va deləm, ey vay deləm**.

 

Köksüm üstündə əgər göydürə ol müğbəqədağ,

Bir ziyarətgah irür köksümü ol dağa-çirağ,

Çeşmi səyyaddür ol tiflininü arizi bağ,

Könlümün quşudurur zağü iki zülfü do zağ,

Könül, ey vay könül, vay könül, ey vay könül.

 

Baz cu ke, gəhi ey torke-sitəmkarəye-mən,

Ke çe şod hale-dele-aşiqe-biçaraye-mən,

Rənce fərma qədəmi əz peye-nəzzareye-mən,

Tabebini çekəre rişo-dele-pareye-mən,

Deləm, ey vay deləm, va deləm, ey vay deləm.***

 

İstərəm könlümü hər yan dəlü yanlıq yügürüb,

Bu səlamət əyaği səngi-məlamətcə urub,

Dögərəm daş ilə köksümcə könülnü itirüb,

Buldum oyatlığ o şol tilbə sorağını sorub,

Könül, ey vay könül, vay könül, ey vay könül.

 

Ey məra bito, nə pərvayi-qolo nə qəme mol,

Mol mənə xune-delo xari-nəzər laləvo qol,

Tovqe-del gəşte məra selseleye-an kakol,

Könül, ey vay könül, vay könül, ey vay könül.

Deləm, ey vay deləm, va deləm, ey vay deləm*.



*Qəlbim sənin zülfünün qıvrımları arasındadır,

Sənin qəminin sirrindən başqa qəlbimdə bir xal yoxdur;

Sənin saçının halqası mənim qəlbimə məskən deyil,

Əgər sən mənim qəlbimə belə münasibət bəsləyirsənsə,

Vay mənim qəlbimin halına, vay, vay mənim qəlbimə.

 

* Yüz yol sənin hicranın göyləri yandırdı.

Mən qəlbi yanmışdan, qovrulmuş iy də hiss olunmur;

Arzu içində, canım gücdən düşmüşsə də yenə könül öz sevgisini unutmur.

Əgər hicran qəmi bu qürbət və ayrılıq belə isə

Vay mənim qəlbimin halına, vay, vay mənim qəlbimə

 

 ** Ey gül üzlü, sərv qədli, səndən ayrı olduqca

Parçalanmış cigərimdə yaralar qövr edir;

Gecə-gündüz mən səbirsiz və fikirliyəm,

Sinəm dağlanar, ağlayaram və təkrar deyərəm:

Vay mənim qəlbimin halına, vay, vay mənim qəlbimə.

 

*** Ey sitəm edən cəfakar gözəl, məni axtar

Və bilməyə çalış ki, bu biçarə aşiqinin halı necədir.

Məni görmək üçün heç olmasa mənə tərəf bir qədəm at,

Ta mənim ciyərimin yarasını və qəlbimin parçalandığını görəsən;

Vay mənim qəlbimin halına, vay, vay mənim qəlbimə.


* Sənsiz mənə nə gül, nə şərab lazımdır;

Şərab mənə ürək qanı, lalə və gül tikandır,

Sənin kakilinin zənciri qəlbimin boynuna sarılmışdır;

Könül, ey vay könül, vay könül, ey vay könül,

Vay mənim qəlbimin halına, vay, vay mənim qəlbimə!

 

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info