Qonaq Kitabı
Səhni-gülşən gör ki, köhnə xakdani biş imas

Səhni-gülşən gör ki, köhnə xakdani biş imas,

Hasili anın bahari ya xəzani biş imas.

Xaki-gərdundan nəsibim nimnani biş imas,

“Dəhri-sudidən təmə’ üz kim ziyani biş imas,

Ömrünü tutğıl qənimət kim, zəmani biş imas”.

 

Eyşü rahət birlə kəşti bağü bostan eylaman,

Dürlü-dürlü, dəmbədəm arayişi-xan eylaman;

Unudub ölməgni fikri-tağü eyvan eylaman,

“Ev bina eylab əcəbdir elni mehman eylaman

Ol ki, bu ev içrə beş gün mihmani biş imas”.

 

Gər cəmalın baği bolsa baği-rizvani-cəmil,

Ya Xızr tək bolsa çahın dolu abi-səlsəbil,

Vər Skəndər tək cəhani qət’ qılsan mili-mil,

“Qoy təvanalıq dəmin, yad et əcəl xarın ki, bil

Peşşələr nişi qatında natəvani biş imas”.

 

Neçə gün pirahəni gər alü vala qıldı gül,

Getdi axər abi-ruyi başiğə qoyuldu kül.

Ruzigarın işvəsinə aldanıb vermə könül,

“Ey kim olmuş xəl’ətin zərbəft bari bil kim ol,

Mən’i əhlin güldürürna zə’fərani biş imas”.

 

Ey təcərrüddə Məsihavü, fəsahətdə Kəlim,

Səltənət içrə Süleyman bilü Loğmantək həkim,

Əzminə iqbal tabe, bəzminə dovlət nədim,

“Mehri-tacü çərxi-təxtin bolsa qafil bolma kim,

Mehri-bimehrü fələk namehribani biş imas”.

 

Hakiməm dib xəlqini incitmə bir təqrib kim,

Padişahlar xandəvü acizlərə tə’dib kim,

Şah adil bolsa, dəyməz mülkinə asib kim,

“Şəhğə iş el fikrini qılmaqdurur, vəh zib kim,

Bir sürük toydur rüəyayə şəhşəbani biş imas”.

 

Bavücudi-zöhdü təğva Kişvəriyi-xirqəpuş,

Namü namusu qoyub boldu gədayi-meyfüruş,

O Məsihiənfas dilbərini görcək badənuş,

“Gör Nəvayi ustadi avarəlik, ey əhli-huş,

Qəm yemək divaneyi-bixanümani biş imas”.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info