Qonaq Kitabı
Ta fələksən mahdan ayru məni-gümrahını

Ta fələksən mahdan ayru məni-gümrahını,

Odə yaxandır yaxəm bu niligün xərgahını.

Qan udub könlüm çəkər bu naleyi-cankahını,

“Gögdədir hər dəm fəğanın görgasən-mahını,

Də’viyi-mehrinğə danuq tarta dur mən ahını”.

 

Ey camalın yüzidən ayineyi-məh müncəli,

Ruzigarım tirə boldu səndən ayru qalğəli,

Gəkçi sən sultan isən, mən bir gədayinəm bəli –

“Sən təki sultani sevmək həddim irməzdür, vəli

Bu bəlaliğ eşq fərq etməz gədadən şahını”. 

 

Ey dəhanın hoqqeyi-yaqutü incü məxzəni,

Kə’beyi-vəslin məlahət çöhrənin mədəni,

Yaşurub şəm’i-cəmalın odə göydürdün məni,

“Daneyi-xalın təmənnasında, ey gül xirməni,

Rəhm qıl kim, çöhreyi-zərdim başur dərgahını”.

 

Şəm’ baxgəc yüzünə mən yanərəm qeyrət bilə,

Qalurəm bir süxteyi-pərvanə tək heyrət bilə,

Gecə göndərmən yudurmən qanü sən zillət bilə,

“Zülfünü yüzün fərağında tuman həsrət bilə,

Heyf kim, zaye keçirdi muncə salü mahını”.

 

Ey səhiqəd dilbərim, bolsan xuraman hər yana,

Kişvərinin könlüdür, qanı bilə qurban sana.

Bari çün yoxdur inayət baxışı səndən yana,

“Lütfini qovmə eşikdən, ver zəkati-hüsn ana,

Xanda etsün sən qəni barəndişi Allahını”.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info