Qonaq Kitabı
Ey günəş, sənsiz çiraği-mahi-taban bolmasun

Ey günəş, sənsiz çiraği-mahi-taban bolmasun,

Xəttü lə’lin bolsa Xızrü abi-heyvan bolmasun.

Səndən ayri xanımanü səbrü saman bolmasun, 

“Sənsizin, ey ömr, bir saət mana can bolmasun,

Sən bolub bəs rovzeyi-firdovsü rizvan bolmasun”.

 

Ey lətafət mədəni sər ta qədəm pirahənün,

Sən məlahət xirmənisən ver zəkati-xirmənün,

Mən ki, ğərqəm lalə tək qan içrə hicrindən sənün,

“Deb imişsən göydür, ey bir, dağ ilə könlü anun,

Hər neçük dağ olsa bolsun, daği-hicran bolmasun”.

 

Vəh ki, saldı dərbədər ol bivəfa dilbər məni,

Qıldı rüsvayi-cahan ol səngidil axər məni,

Bilməzəm yarəb, müsəlmandəndürür, ya ərməni,

“Qaşiğə qılğay sücud öldürdi ol kafər məni,

Hiç müsəlman yari yarəb, namüsəlman bolmasun”.

 

Ey səba, andın qorun kim, qur deyə şaxi-əməl,

Degil ol sərvi-rəvanə halimi tapsın məhəl,

Mənki, boldum hicridən rüsvayilıq birlə məsəl,

“Eşqidə canım üqubətlər bilə al, ey əcəl,

Ta anun aşiqliği hiç kimgə asan bolmasun”.

 

Vəh ki, sərxoş atlanıbdur bir səvari bədməciz,

Ğəmzəsi xunriz, özü novxiz, əlində tiği-tiz,

Dutdu əqlü səbrü huşim hər biri rahi-goriz,

“Ey könül məsti çıxıb şəhr içrə salmış rəstxiz,

Bir xəbər dut kim, bizim bibak nadan bolmasun”.

 

Ol ki, qanımdan qılur hər dəm hənayi-barmağın,

Vermədi hərgiz mana əl kim, öpəydim əyağın,

Binəvadur Kişvəri, dedim anı bir qul sağın,

“Dedi ki, can ver daxi öpgil əyağım toprağın,

Ey Nəvayi, tezrək bol kim, peşiman bolmasun”.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info