Qonaq Kitabı
Ol ki, yüzi lalədəndir, qaməti şümşadidən

Ol ki, yüzi lalədəndir, qaməti şümşadidən,

Şadidir könli, nə ğəm, ana məni-naşadidən.

Eşqi yıxdı səbrü huşim evini bünyadidən,

Ey könül mürği, nə rəhm umarsan ol səyyadidən

Kim, səfası var anun damındakı fəryadidən.

 

Dedim ey məh, xaneyi-əqlimni viran eyləmə,

Gözlərün sürmələyüb, zülfin pərişan eyləmə,

Dedi kim, bəxtin qaradur, mana böhtan eyləmə,

Çünki təqdirindür iş, əxtərdən əfğan eyləmə,

Hökmi-sultandur siyasət, ağlama cəlladidən.

 

“Kaf”ü “nun” əxtərlərinə olmayıb dövri-qəran

Kim səri-kuyində qılmışdur məni xaki-məkan,

Mülki-həstidən hənuz nə nam idivü nə nişan,

Könlümün lövhində oxurdum əlif qəddin rəvan,

Mən daxi bir doğru hərf ögrənmədim ustadidən.

 

Qaldı bağrım parəsi kipriklərimdən asilə,

Yoxdurur bir mehribani kim, gözüm yaşin silə,

Səndən özgə ülfətim yox hiç cinnü ins ilə,

Sür qapundan tək məni, bir görmə hər nacins ilə,

Min gəz ölmək yeg cahandə bir yaramaz adidən.

 

Baği-cənnət meyvəsidür ol turunci-ğəbğəbi,

Abi-heyvan çeşməsi-ağzı Məsihadur ləbi.

Ey qulağından asılmışdur hidayət kövkəbi,

Aşina cəm’in səbəbsiz dağıdıb zülfin şəbi,

Uyma hər biganəyə kim, xeyir gəlməz yadidən.

 

Yoxdurur dəhrin vəfası, məndən eşit gerçəgin,

Növbəhari-ömrə həm badi-xəzanidür yaxin.

Olmagil, ey ğönçə, hər xarü xəs ilə müqtərin,

Damənin çək xar əlindən, ey gül, ahimdən saqin

Kim, həzaran cübbeyi-gül çak olubdur badidən.

 

Kişvərinin könlü gər bolduysə ğəm yeri nə ğəm,

Həmdəmidür naləvü həmsöhbətidir yenə ğəm.

Ölsə yüz Fərhad yox bir zərrəcə Şirinə ğəm,

Xanda bilsün ol ki, Əhməd bilməsin tanrinə ğəm,

Şir uman su yerinə şuri-dili-Fərhadidən.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info