Qonaq Kitabı
Köhlü mazağülbəsər ol çeşmi-fəttanındadur

Köhlü mazağülbəsər ol çeşmi-fəttanındadur,

Abi-heyvan çeşməsi çahi-zənəxdanındadur,

Şaxi-Tuba şivəsi sərvi-xuramanındadur,

“Şol pəri-peykər ki, dil zülfi-pərişanındadur,

Ayəti-hüsnü məlahət şol pəri şanındadur”.

 

Şəkkərin şirinligi vü badənin keyfiyyəti,

Ğönçənin xəndanlığı, yaquti-nabın qiyməti,

Xızrın ənfası bilə, abi-həyatın şərbəti,

“Səlsəbilin lütfivü heyvan suyunun ləzzəti,

Kövsərin mahiyyəti lə’li-dürəfşanındadur”.

 

Ey mənim giryan gözüm basan əyağın birlə sən,

Kiprigimdə batmasun nazik əyağına tikən,

Piri-Kən’anəm mənü sən Yusifi gülpirəhən

“Ənbərin xalın ləbi-lə’lində, ey ğönçə dəhən,

Daği-həsrətdür ki, mən dilxəstənin canındadur”.

 

Verdi baği-hüsn içində qüdrəti-pərvərdigar,

Ol nihali-tazəyə nazü girişmə, bərgü bar,

Qaməti sərvi-behişti, arizi xürrəm bəhar,

“Gövhəri eylər xəcil, yaquti eylər şərmsar,

Bu lətafət kim, anun ləb birlə dəndanındadur”.

 

Necə kim, mə’şuqidən aşiq bəlavü ğəm çəkər,

Çarəsi təslimdür, hökmi-qəzadən kim qaçər?

Çün bilür kim, aqibət başı bu meydanda gedər,

“Zülfünün çovkanına başını top etmək dilər,

Hər kim ol çabüksəvarun eşqi meydanındadur”.

 

Xəlq deyər kim, aşiq olur həşr güni rusiyah,

Gər günəh aşiqlik isə, kimsəyə irməz günah,

Şükr kim, məhrum qoymaz heç kim lütfi-ilah,

“Cənnətə girməzdilər kafər ol zülfi-siyah,

Bəs nə yüzlən məskəni hüsnün gülüstanındadur”.

 

Yek cəhət görgil sənünlən Kişvəriyyi-xəstənin,

Bənzər idi ağzına, beynin çıxardı püstənin,

Aşiqi-zarındurur çun sən yüzi güldəstənin,

“Hey deyəydin türrənə, ey kim, Nizami-xəstənin,

Canını zülm ilə alıb, qəsdi imanındadur”.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info