Qonaq Kitabı
Olkim, anın çeşmi-məstü qəmzəyi-qəttalı bar

Olkim, anın çeşmi-məstü qəmzəyi-qəttalı bar,

Xali-mişkin birlə xətti-səbzü rəngi-alı bar.

Sanasan kim, ləbləri içində qat-qat balı bar,

“Barca xublərinin qəddü rüxsarü xəttü xalı bar,

Leyk ol kim, bizni bihal eylər özgə halı bar”.

 

Ey ğübari-xaki-payin gözlərimğə tutiya,

Boldu sənsiz məskənim gülxən, libasım buriya,

Gözlərimdən sim axar çun garigahi-kimiya.

“Yüzüm altun kimidir, bu vəchdin kim, haliya,

Simbərlər o kişinündür kim, anın malı bar”.

 

Sənsizin tarikidür, ey şəm’i-çeşmi rövşənim,

Parə-parə hicr əlindən sərbəsər pirahənim.

Kimsə deməz qulluğunda şəhri-əhvalım mənim,

“Girgəli könlümara navəklərin bolmuş tənim,

Ol qələm tək kim, anın içində toz-turnalı bar”.

 

Ey əlif tək rast qəddin şəkli xətti-müstəqim,

Ay bilə yüzün bir almadur ki, qılmışlar do nim,

Gülşəni-hüsnün ara təhrik edib badi-nəsim,

“Sünbülün düşsə ayağın altına, bi eyb kim,

Gül bilə xurşidinin üstidə lamü dalı bar”.

 

Ol ki, sün’ilən fələk fanusini cizgindürür.

Kimə eyşü rahətü kimə qəmü ğüssə verür,

Əslidən vaqif olan bu nüktənin sirrin bilür,

“Gövhəri-məqsud çün vabəsteyi-tofiq irür,

Desə almay kim, anın sə’yü munun ehmalı bar”.

 

İstərəm gəşti-çəmən ol laleyi-xəndan bilə,

Ğönçə tək bir dəm məgər bu qanlu könlüm açilə,

Mən ki, adət eylayübdurmən meyü məşuq ilə,

“Ol səbəbdən zahida məşğul iməzmən zöhd ilə

Kim, könülnün mütribü mey bilə köb işğalı bar”.

 

Ol keyik gözlü ki, ceyran tək qaçar mən vəhşidən,

Tiflyanlığdur ki, hiç bilmay yamanı yəxşidən.

Kişvəridür təngidil nisbət dəhanı nəqşidən,

“Ey Nəvayi, tapmısan kami-ləbi-canbəxşidən,

Sənün içün bolsun, anun ğəmzeyi-qəttalı bar”.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info