Qonaq Kitabı
Ey saçı bənəfşə, yüzü gül, kakili ənbər

Ey saçı bənəfşə, yüzü gül, kakili ənbər,

               Ey hüsni ğəzalə,

Zülfün şəbi-zülmatü yüzün mahi-münəvvər,

               Xəttin anə halə.

Yüzün bilə qəddin irür, ey nəxli-behişti,

               Sən badə içərkən,

Andaq ki, gətürdi sanasan şaxi-sənubər,

               Bir dəsteyi-lalə.

Ol səbzeyi-xəttdir ki, ləbindən içədür su,

               Ey çeşmeyi-heyvan

Kim, Xızrdan özgə ola bilməz kişi rəhbər,

               Ol abi-zülalə.

İqrar qılıbmən ki, sana bəndədürür mən,

               Uş mərdümi-didə;

Rüxsareyi-zərdim vərəqinə yazadurlar,

               Qan birlə qəbalə.

Fəryadü fəğan eylədim, ey vay ki, yetməz,

               Fəryadıma heç kim.

Kim qəmzə bilə çehel saləmi talar,

               Bir çardəh salə.

Təqvavü vərə’-xəlvətidən çəkdi çıxardı,

               Mən bəxti-qəranı;

Avareyi-səhrayi-cünun eylədi axər,

               Bir mişki kəlalə.

Qul Kişvərini istər isən qurtula bir dəm

               Əyyami-qəmindən.

Lütf eyləgil, ey saqi, ana badeyi-əhmər,

               Bir dolu piyalə.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info