Qonaq Kitabı
Ey bədri-münir, açgiz tərəfi-niqab

Ey bədri-münir, açgiz tərəfi-niqab,

               Ruyin görəli,

Kipriklərim ox şanəvü göz suyi gülab,

               Muyin urali.

Gördüm səni bir ərbədəcu məstü xərab,

                Bəd məst ola dib.

Hərdəm gəlürəm kuyina mən bixurü xab,

                Xüyün soralı.

Qış gəldi geyər kim ki anın aqçəsi bar,

               Səncabü səmur.

Səncabü səmur olmayana çarə nə bar,

               Bir künci-tənur.

Bir issicə ev bulğayu bir kiçkinə yar,

               Bir küp dolu mey.

Bir şiş kabab olsavü bir nimeyi nar,

               Vəh-vəh nə hüzur,

Heç yerdə işin önükməz əgər deməyəsən

               Bismillah.

Ər himməti bolməzsən əgər qılmiyəsən

               Allah, Allah.

Mümkün iməs ol ki, tabğəsən cilveyi-vəsl,

               Cananə bilən

Qul Kişvəri tək canını ta qılmiyasan

               Billah, Billah.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info