Qonaq Kitabı
Nə mən nalanə həmdəmdir həbibi

Nə mən nalanə həmdəmdir həbibi,

Nə mən bimarə müştaq bir təbibi,

Nə mən məhcuri-vəslidən nəsibi,

Həbibi, va həbibi, va həbibi!

 

Ani istər gəzərmən xanə-xanə,

Gözümdən yaş axıdub danə-danə,

Bəsi can verdim ol namehribanə,

Həbibi, va həbibi, va həbibi!

 

Çu axər dəm bolur irdi cudalıq,

Nolaydı bolmasaydı aşinalıq.

Nə aşiqlik ki, yüz tuman bəlalıq,

Həbibi, va həbibi, va həbibi!

 

Mənə yoxdur ğəmindən pürgüşadi,

Həzarəm daği-ğəm bərdil nəhadi,

Fəvadivü fəvadivü fəvadi,

Həbibi, va həbibi, va həbibi! 

 

Məni-məhcuri öldürdü fərağın,

Müyəssər olsa öpsəydim əyağın,

Qılaydım ərzi-şərhi-iştiyağın,

Həbibi, va həbibi, va həbibi!

 

İrağ yüzündən ey sərvi-xuraman,

Xuda bilür ki, mən bisərü saman,

Bu dirlikdən peşimanəm, peşiman,

Həbibi, va həbibi, va həbibi!

 

Əgər görsən səba ol bivəfanı,

O şol biganeyi-naaşinanı,

Degil unutməgil mən binəvanı,

Həbibi, va həbibi, va həbibi!

 

Zəhi kuyi-ğəmət sərmənzili-mən,

Həmə dərdi-dil öz to hasili-mən,

Dele mən, va dele mən, va dele mən,

Həbibi, va həbibi, va həbibi!*

 

Büti darəm əcəb mərdümfəribi

Ki, narəd Keşvərira dər həbibi!

Çe pərva darəd əz xuni-ğəribi,

Həbibi, va həbibi, va həbibi!**



* Sənin qəmlə dolu kuyin mənim mənzilim

Olsa nə yaxşı,

Mənim könlümün dərmanı sənsən.

Vay mənim qəlbim, vay mənim qəlbimə,

Sevgilim, ey mənim sevgilim, sevgilim

 

** Adamları aldadan bir gözəlim var

Ki, o Kişvərini sevmir,

Onun bir qəribin ölümündən nə qorxusu var

Sevgilim, ey mənim sevgilim, sevgilim.

 

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info