Qonaq Kitabı
Ey nihali-qamətin sərvi-xuramanım mənim

Ey nihali-qamətin sərvi-xuramanım mənim,

Vey cəmalın gülşəni firdovsi-rizvanım mənim,

Canuna bolsun fəda yüz natəvan canım mənim,

Ha bəgim, ha padişahım, ha gözəl xanım mənim.

 

Naləm ucaldu yetirəm sən sərv boylu mah içün,

Can veridür mən damədəm sən büti-dilxah içün.

Qıl inayət, yüzünü görsət mənə Allah içün,

Ha bəgim, ha padişahım, ha gözəl xanım mənim.

 

Başimə ey dilbəri-gülçöhreyi-şümşadi-qəd,

Gəldi sənsiz ləşkəri-ğəm, bihesabü bi ədəd. 

Hicrin öldürdü məni səndən umarmən bir mədəd,

Ha bəgim, ha padişahım, ha gözəl xanım mənim.

 

Xətti-səbzin gülbəni-firdovsinin yaprağıdır,

Həlqeyi-zülfün məni-divanə könlüm bağıdır.

Gör nə halə düşmüşəm sənsiz, mürüvvət çağıdır,

Ha bəgim, ha padişahım, ha gözəl xanım mənim.

 

Payimal etdi məni eşqin yolunda ruzigar,

Vəh ki, nə aram qaldı məndə, nə səbrü qərar.

Qıl həzər bu atəşi-ahi-dilimdən zinhar,

Ha bəgim, ha padişahım, ha gözəl xanım mənim.

 

Qılma bu dərgahidən nomid məni-biçarəni

Kim, salubdur dərbədər mən bidili-avarəni,

Vəh ki, oda yaxlıydım bu dili-sədparəni,

Ha bəgim, ha padişahım, ha gözəl xanım mənim.

 

Səbzeyi-cənnət o şol xətti-mütəvvəsdir mana,

Qiblə ol mehrabi-əbruyi-müqəvvəsdir mana,

Bolmasın canü cəhan, sən sağ olub, bəsdir mana,

Ha bəgim, ha padişahım, ha gözəl xanım mənim...

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info