Qonaq Kitabı
Adlar göstəricisi

Ayaz – gözəl-qul. “Mahmud-Ayaz” əfsanəsində məhəbbətin hər şeydən üstünlüyünü göstərmək üçün bütpərəst Ayaz bütpərəstliyə qarşı mübarizə aparan Mahmuda pərəstiş edir.

BabilBabilistan – Dəclə və Fərat çayları arasında yerləşən qədim ölkə.

Bədəxşan – Pamirdə olan əyalətdir, keçmişdə burada qiymətli qaş-daş çıxarılarmış. Bədəxşan öz ləli ilə məşhurdur.

Bayəzid Bəstami (ölüb. 875) – İslam hərəkatının məşhur şəxsiyyətlərindəndir.

Bengal – Qədim Benqal ölkəsi, hal-hazırda Banqladeş.

Bisütun – Qərbi İranda böyük qaya. Burada Əhəmənilərdən olan I Daranın

(e. ə. 521-485-ci illərdə hakimiyyətdə olmuşdur) yazıları saxlanılır.“Xosrov və Şirin” dastanına görə Fərhad Şirinə olan məhəbbətin əlaməti olaraq bu qayanı çapmağı öhdəsinə götürür.

Qıpçaq – Türk xalqlarından qıpçaqlara işarədir.

Davud – İudilərin II şahı, e. ə. XI əsrdə 40 il hakimiyyət sürmüşdür. Quranda Davud peyğəmbər kimi tanınır.

Əziz – Misir padşahıdır. “Yusif və Züleyxa” əfsanəsində Züleyxanın əridir. Bax: Züleyxa.

Züleyxa – Əfsanəvi “Yusif və Züleyxa” dastanının qəhrəmanı. Əfsanəyə görə Misir padşahı Əzizin arvadı Züleyxa Yusifə aşiq olur və ona öz məhəbbətini bildirir. Yusif onun məhəbbətini rədd etdikdə Züleyxa ona böhtan ataraq namusunu ləkələməyə cəhd göstərməkdə günahlandıraraq həbs etdirir.

İbrahim Xəlil – Peyğəmbərdir. Allaha inam gətirərək bütləri məhv etməyə başlamış, bu günahına görə onu tonqala atıb yandırmağı qərara gəlmişlər. Lakin o buradan salamat qurtarmışdır. Xəlil adı Allahın yaxını deməkdir.

İrəm – Əfsanəvi behişt bağının adıdır.

İsa –  Bibliyadakı İsa peyğəmbərdir. O öz nəfəsi ilə ölülərə can verə bilirmiş. Şərqdə “Məsih” İsanın sinonimi kimi işlənir.

İskənr – Makedoniyalı İskəndər. Şərqdə onun adı ilə çoxlu əfsanə vardır. Güc və qüdrət simvolu kimi işlənir. Nizaminin “İskəndərnamə” əsərinin qəhrəmanıdır.

Kavus – Əsatiri İran şahlarındandır. Firdovsinin “Şahnamə” əsərindəki qəhrəmanlardan biri.

Kəbə – Məkkədə müsəlmanların müqəddəs saydığı ibadət ocağı. Müsəlmanlar oraya ziyarətə gedirlər.

qub – “Yusif və Züleyxa” dastanında Yusifin atasıdır. Bax:Yusif.

Yusif – ”Yusif və Züleyxa” əfsanəsinin qəhrəmanı. Bu ad ədəbiyyatda gözəllik simvolu kimi çəkilir. Bax: Züleyxa.

Kəlim – Musa peyğəmbərə işarədir. ”Danışan” mənasını verir. Əfsanəyə görə Musa peyğəmbər Tur dağında Allahla danışırmış.

nan – Gözəllik simvolu Yusifin olduğu yer bu cür adlanır. Bu ad yalnız Yusif ilə bağlı çəkilir.

Kəşmir – Hindistanda vilayətdir.

Leyli – Məcnunun sevgilisi. Əfsanəvi “Leyli və Məcnun” dastanının qəhrəmanı.

Mahmud – ”Mahmud və Ayaz” əfsanəsinin qəhrəmanı. Bax: Ayaz.

ryəm – Məryəm ana Şərq poeziyasında təmizlik simvoludur.

Məcnun – Dəlilik dərəcəsində sevgi simvoludur.

Misir – Şərqin ən qədim ölkələrindən biridir.

Mosul – İraqda şəhər adıdır.

Musa – Bax: Kəlim.

Nəvai Əlişir (1441-1501) – Böyük özbək şairi, mütəfəkkiri və dövlət xadimi. Sultan Hüseyn Bayqaranın sarayında vəzir olmuşdur.

Səmərqənd – Orta əsr mədəni mərkəzlərindən biridir. İndi Özbəkistan Respublikasında şəhərdir.

Süleyman – Babil şahı Süleymana işarədir. Şərqdə müdriklik simvolu kimi işlənir. Əfsanəyə görə o, quşların dilini bilirmiş, sehrli üzüyü ilə sehrlər yaradırmış.

Təbriz – Qədim Azərbaycan şəhərlərindən biridir, Azərbaycanın tarixi paytaxtıdır. İndi Cənubi Azərbaycanda şəhərdir.

rhad – “Fərhad və Şirin” dastanının qəhrəmanı. Şirinə aşiq olan Fərhad Xosrovun tapşırığı ilə Bisitun qayasını çapmaq istəyir. Lakin Xosrovun hiyləsi ilə (yalandan Şirinin ölüm xəbərini ona çatdırırlar) külüngünü başına çalaraq ölür.

Firidun – Firdovsinin “Şahnamə” əsərinin qəhrəmanlarından biri Dəmirçi Gavənin Zöhhaka qarşı qaldırdığı üsyan sayəsində öz qanuni taxt-tacına sahib olur.

Xızr – Əfsanəvi ölməz peyğəmbər İskəndəri dirilik suyuna çatdıran. Çətin anlarda arzuların yerinə yetirilməsi üçün ona müraciət edirlər.

Xosrov – II Xosrov rviz. Sasani hökmdarı (590-628). Nizaminin “Xosrov və Şirin” dastanının qəhrəmanlarından biri. Bax: Fərhad, Bisitun.

Xütən – Çində vilayət, bura öz ahuları ilə məşhurdur.

HindHindistan – Ölkə adıdır.

Çin (Maçin) – Çin ölkəsidir.

Cəbrail – Allah ilə onun elçiləri olan peyğəmbərlər arasında vasitə yaradan

müqəddəs şəxsiyyətdir. Müqəddəs kitabları göydən yerə o gətirmişdir.

Cəmşid (Cəm) – İranın əfsanəvi hökmdarı. Əfsanəyə görə 700 il İranın şahı olmuş və onun zamanında əmin-amanlıq, səadət hökm sürmüşdür. Onun bir camı var imiş ki, ora baxaraq, o, dünyadakı hadisələri izləyə bilirmiş.

Şeyx nan – ”Şeyx Sənan” dastanının qəhrəmanı. Rəvayətə görə o gürcü qızına aşiq olur və məhəbbət naminə xristianlığı qəbul edir və çobanlıqla məşğul olur. Yüksək məhəbbət simvolu kimi adı çəkilir.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info