Qonaq Kitabı
Sənsiz ol bixanuman kim, var idim, varəm hənuz

Sənsiz ol bixanuman kim, var idim, varəm hənuz,

Eylə rüsvayi-cahan kim, var idim, varəm hənuz.

 

Qönçəyanlığ bağlu ağzım lalə nisbət ğərqi-xun,

Həsrətindən həmçinan kim, var idim, varəm hənuz.

 

Çeşmi-xunəfşan bilə sən nazənindən ayrılıb,

Həmdəmi-ahufəğan kim, var idim, varəm hənuz.

 

Nərgisi-bimarına türlü təvanalıq bilə,

Ol burunqi natəvan kim, var idim, varəm hənuz.

 

Sən vəfavü mehrini tərk etdin, ey bədmehri-yar,

Yoxsa mən miskin həman kim, var idim, varəm hənuz.

 

Keçmə, cana mehribanlığdan ki, bu qul Kişvəri,

İtlərünə mehriban kim, var idim, varəm hənuz.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info