Qonaq Kitabı
Məni divanə qıldı ol pəri, əhli vəfa bolmaz

Məni divanə qıldı ol pəri, əhli vəfa bolmaz,

Bolub mən əqldin biganəvü ol aşina bolmaz.

 

Məni bu otağə göydürgan könlümdür va könül dərdi

Ki, yüz daği-ğəmi vardur hənuz andın cüda bolmaz.

 

Necə səndən cəfa gəlsə çəkərmən natəvan, leykən

Cəfanun daxı həddi var, mundaq həm rəva bolmaz.

 

Mənəm bir zərreyi-sərgəştə, sən xurşidi-tabansan,

Bolur varisinə mehrin, nədəndir kim, mana bolmaz.

 

Nə yaşurun gərək andan xətası var isə öldür,

Qulundur Kişvəri şaha, nola qul bixəta bolmaz?

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info