Qonaq Kitabı
Ey ğəmindən dəmbədəm xunab dil, bimar göz

Ey ğəmindən dəmbədəm xunab dil, bimar göz,

Natəvan çeşmin təki bitab dil, bimar göz.

 

Gözlərün yadi bilə bu guşeyi-viranədə,

Qalmışam mən xəstəvü bixab dil, bimar göz.

 

Bir-birin dərdini bilür çeşmü dil anun içün,

Qan tökər bolsə dəmi nayab dil, bimar göz.

 

Zülfü ğəmzən hicridin kəh tulğayıb, kəh yığlayıb,

Gecələr irür mana pürtab dil, pürxar göz.

 

Qıldı mən lağərşikari dami-zülfinə əsir,

Ol kim, ol verdi sana qəssab dil, xunxar göz.

 

Şəm’i-ruyindən alur tən zindəgi, can rövşəni,

Xaki-payindən tapar əsbab dil, ənvar göz.

 

Kişvərinin gözlərinə nola bassan bir qədəm,

Ey ğəmindən dəmbədəm xunab dil, xunbar göz.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info