Qonaq Kitabı
Ey məni aşüftə qılğan zülfi-ənbərbarınız

Ey məni aşüftə qılğan zülfi-ənbərbarınız,

Sağ əhlini sayru etkən nərgisi-bimarınız.

 

Dadü fəryad əlinizdən, ey cahan gögçəkləri,

Bir dögül, iki dögül kim, bivəfasız varınız.

 

Ta ki, məndən özgə heç kim sevməyə siz xubları,

Hər kim olur yarınız daş ilə başın yarınız.

 

Ey brəhmənlər ki, kafir boldunuz ol zülf içün,

Rişteyi-təsbihdin yeg həlqeyi-zünnarınız.

 

Ğəbğəbün əlmasına Məcnunü mən qılduq təməl,

Qopdu ğovğa yağ vəslindən ki, barı yarınız.

 

Ey səba, hüsn əhlinə məndən degil bulsun məcal

Kim, savıtmın neçə gün kim, gərmdür bazarınız.

 

Qurtulub irdi bəlayi-eşqdən qul Kişvəri,

Mübtəla qıldı anı bu fitnəlü rəftarınız.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info