Qonaq Kitabı
Çəngidür min ğəmi-hicran məni-avarə əksüksiz

Çəngidür min ğəmi-hicran məni-avarə əksüksiz,

Gəlür dərdü ğəmin cana, mana həmvarə əksüksiz.

 

Ğəmindən şakirəm yarəb ki, əskük olmasun hərgiz,

Təbibi-mehribandur kim, gəlür bimarə əksüksiz.

 

Mənim dərdi-dilimnün çarəsi yox, neyləyim yoxsa,

Qılurlar dustlar hər dəm mana yüz çarə əksüksiz.

 

Xanı dərdi-dilimdən baxəbər yari ki, ol varə,

Mənim dilimdən ol səngindilə yalvarə əksüksiz.

 

Gəl, ey badi-səba, qıl bir güzər ol bivəfa sarı,

Məhəl tapsan degil dərdi-dilimni yarə əksüksiz.

 

Şəbi-hicrində gərdun tək səni, ey mahi-no istab,

Gözümdən saçılur hər guşədin səyyarə əksüksiz.

 

Qələndər Kişvərinin diləgi səndən budur, cana

Ki, xurşidi-camalunğa qılur nəzzarə əksüksiz.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info