Qonaq Kitabı
Mənimlən ta yaman oldun, məni öldürdü qayğular

Mənimlən ta yaman oldun, məni öldürdü qayğular

Ki, ayatına demişlər, sənün yanında bədgular.

 

Görərəm zülfini hər şəb duşimdə, bildim axır kim,

Bulur tilbə gecə hər kim, pərişan görsə uyxular.

 

Məni hər kim iki çeşmin xəyalilən görür der kim,

Bu Məcnundur, gəzər əlbəttə ol yanı nda ahular.

 

Ləbin üzrə qara xallar ona bənzər ki, axmışlar,

Şəkər tikənüvü üstündədir bir neçə hindular.

 

Ləbi-lö’lü xəti səbzin sifatın Kişvəri oxur,

Giribdir tuti ilə bu şirin sözüni əfsunlar.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info