Qonaq Kitabı
Qəddü rəftarı ol şuxun ki, könlüm mübtəlasıdır

Qəddü rəftarı ol şuxun ki, könlüm mübtəlasıdır,

Anun hər işvəsi guya bir əhli-dil bəlasıdır.

 

Bəni-adəmdə can qalmaz, yıxıb sərxoş yeridikcə,

Demə fərzəndi-Adəm kim, bu Tanrının qəzasıdır.

 

Günəş qəndili rövşəndir cəmalın şəm’dən, cana,

Səvadül-vəchi-fiddareyi iki zülfün qərasıdır.

 

Xərabət əhli hər xanda ki, cami-eşq içkaylar,

Mənim bu xirqeyi-pəşminin ol bəzmin pəlasıdır.

 

Rəqiba, Kişvərini asitani-yaridən hər dəm,

Nə qadirsən kim, ol miskin bu dərgahın gədasıdır.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info