Qonaq Kitabı
Meydən açıldı gülşəni-hüsnündə lalələr

Meydən açıldı gülşəni-hüsnündə lalələr,

Tərdür ki, düşdü lalələr üstündə jalələr.

 

Dudi-dilimdir ol ki, çəkibmən şəbi-fəraq,

Bu kim, dağıldı yüzünə mişkin gülalələr.

 

Baş oğrulardur ol iki göz, ey könül, həzər,

Nəqdi-həyatın olmaya oğrunca çalələr.

 

İqrar qılmışam ki, sənə bir qulam, bəli,

Yazərlər üştə mərdümi-çeşmim qəbalələr.

 

Lə’li-ləbin zəmanidə gər bolsə nə əcəb,

Könlüm sürahivü iki çeşmim piyalələr.

 

Səhrayə düşmüşəm üryan keyik təki,

Məndən qaçarlar, ah bu vəhşi qəzalələr.

 

Öldürdi Kişvərini fəraq, ey könül, xanı

Səbrü qərarım kim, gələlər heyfin alələr.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info