Qonaq Kitabı
Xurşidi-tabanın əgər hüsnü cəmalı çoxdurur

Xurşidi-tabanın əgər hüsnü cəmalı çoxdurur,

Sən ğönçeyi-xəndaninin ğönçü dəlali çoxdurur.

 

Gögçək ləbindən gər qılur yüzün bilə də’vi günəş,

Sən hiç bulma kərəm kim, anın zəvalı çoxdurur.

 

Zülfi-siyəh yeksu qılıb gər al yanağın görsədür,

Aldanma zinhar, ey könül kim, məkrü alı çoxdurur.

 

Bu tilbə könlüm arzular, bəzmi visalıni, bəli,

Divanə aşiq olucaq batil xəyalı çoxdurur.

 

Səbrü qərarü dinü dil utuzmuş ağzın istərəm,

Tacir ki, talandı anın fikri-məhalı çoxdurur.

 

Yoxdur gözün tək bir keyik, zülfün təki əbyar həm,

Səhrayi-hüsnün hər necə mişkin ğəzali çoxdurur.

 

Gər sakini-meyxanədür ki, zahidi-xəlvətnişin,

Qul Kişvəri, dur qılma eyb, anın kəmalı çoxdurur.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info