Qonaq Kitabı
Yarəb, məni-avarəni ol yarə irişdür

Yarəb, məni-avarəni ol yarə irişdür,

Sədparə dili-xəstəmi dildarə irişdür.

 

Dərdim qatudur bu gecə, ey bəxt, mədəd qıl,

Ol türfə təbibi məni-bimarə irişdür.

 

Bulsan məhəl, ey badi-səba, bir kərəm etgil,

Mən bülbüli-naləndəni gülzarə irişdür.

 

Ey Kişvəri, andan irəlü kim, buləsən yox,

Cəhd eyləvü didarını didarə irişdür.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info