Qonaq Kitabı
Gər qədəm bassan hənuz dirilməgim imkanı bar

Gər qədəm bassan hənuz dirilməgim imkanı bar,

Bir nəfəs gəldi qəbul et kim, nəfəsinin canı bar.

 

Ol pərişan kakilin başnə urulsəm, nə eyb

Kim, anun hər birinə yüz mincə sərgərdanı var.

 

Çıxmaz oldu xəstə can təndən xəyalın görgəli,

Xanəxa tək kim, evində bir əziz mehmanı bar.

 

Ol ləbü dəndan degil kim, xazəni-firdovsnin,

İncu birlə dopdolu bir hoqqeyi-mərcanı bar.

 

Dadlu sözün kim eşitsə yoxdurur ölmək ona,

Ləblərinin guiya kim, çeşmeyi-heyvanı bar...

 

Kişvəri bir quldurur ol şəhriyarın kim, anın

Sənü xəlqi binəhayət lütf ilə ehsanı bar.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info