Qonaq Kitabı
Aşiq oldur kim, görüb dildarını can tapşurur

Aşiq oldur kim, görüb dildarını can tapşurur,

Bütpərəst andaq ki, bütni görgəc iman tapşurur.

 

Könləgin dükmələriçün, ey güli-xəndan, mana

Dəmbədəm göz mərdümi yüz dürri-ğəltan tapşurur...

 

Ey pəri, pünhan rəqibdən gəl ki, can tapşurğalı

Kim, əmanət el gözündən xəlq pünhan tapşurur.

 

Kişvəri yüzün görüb can tapşurursa nə əcəb,

Rəsmidir pərvanə kim, şə’mi görüb can tapşurur.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info