Qonaq Kitabı
Ey pəri, mən tilbəni gər yad qılsan, vəqtidür

Ey pəri, mən tilbəni gər yad qılsan, vəqtidür,

Xatiri-naşadimi gər şad qılsan, vəqtidür.

 

Köksümi çak eyləyib girgil dili-tarikimə,

Bu pozuq viranəni abad qılsan, vəqtidür.

 

Ey gözəllər Xosrovi Şirinqədü rəftarilə,

Bir güzər gər canibi-Fərhad qılsan, vəqtidür.

 

Şivəvü nazin cahanı dutdu, ey sultani-hüsn,

Ğəmzeyi-xunxarəni cəllad qılsan, vəqtidür.

 

Bağladı bari-səfər ol rövzeyi-cənnət güli,

Bülbüli-xunincigər, fəryad qılsan, vəqtidür.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info