Qonaq Kitabı
Natəvan könlüm ki, lə”™lindən zəkat almış gəlür

Natəvan könlüm ki, lə’lindən zəkat almış gəlür,

Sayrudur, dərman içün həbbi-nəbat almış gəlür.

 

Zülfin altında xəti-səbz ol ləb üzrə guyiya,

Zülmətə girmiş Xızır abi-həyat almış gəlür.

 

Xanda kim, tumari-dərdüni açırmən, xəlq der,

Bir sipahidür ki, divandan bərat almış gəlür.

 

Vəh nə laçındur gözün kim, qaşlarından mal açıb,

Qafi-qüdrət quşidən iki qanat almış gəlür.

 

Şərhi-şövqin yazğalı deb Kişvəriyi-xəstədin,

Qanlu kirpikdən qələm, gözdən dəvat almış gəlür.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info