Qonaq Kitabı
Şol pəri-peykər ki, yüzindən niqab almış gəlür

Şol pəri-peykər ki, yüzindən niqab almış gəlür,

Bir mələkdür kim, fələkdin afitab almış gəlür.

 

Bir gözi ucunda düşmiş bənzər ol xali-siyah,

İki laçına ki, hər biri bir ğürab almış gəlür.

 

Bağlamazsa tilbə könlümnin ayağı bəs nədən,

Həlqə-həlqə zülfi-mişkindən tənab almış gəlür.

 

Ləblərin yadi bilə könlümdür ol meyxarə kim,

Sərxoşan meyxanədən cami-şərab almış gəlür.

 

Doğradı bağrımnı ğəmzən kirpiginə şişliyüb,

San ki, bir qəssabdur six kəbab almış gəlür.

 

Kişvəri bu naləvü xəm qamətindən guyiya,

Mütrübi-bəzmi-ğəmin çəngü rübab almış gəlür.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info