Qonaq Kitabı
Ey könül, hər kimsəyə yar olmagil, yar özgədür

Ey könül, hər kimsəyə yar olmagil, yar özgədür,

Yar olur hər kim, vəli yari-vəfadar özgədür.

 

Sürmə qapundan məni-bixanümani kim, sana,

Bulunur aşiq, vəleykin aşiqi-zar özgədür.

 

Hüsnünə mən can verürmən, xəlq ana nəzzarə ki,

Özgədür əhli tamaşavü xiridar özgədür.

 

Aşiqimdür zahid, əmma canə qıymır vəqti-kar,

İyü xəyalı özgəvü sevdayi-bazar özgədür.

 

Bütpərəsti qınama, ey paki-damən şeyx kim,

Zikrü təsbih özgəvü naqusü zünnar özgədür.

 

Badə içmək yar ilən xəlvətdə xoşdur, Kişvəri,

Leyk əgər bolsa müyəssər kəşti-gülzar özgədür.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info